09:32 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Cümə günü qızılın qiyməti yüksələrək ardıcıl üçüncü həftəlik artımını gerçəkləşdirməyə hazırlaşır. Qiymətlərin qalxmasına ABŞ dollarının ucuzlaşması və ABŞ Xəzinədarlığının istiqrazların geri alınması proqramının həcmini artırması təsir edib.
Spot qızıl 0,5% bahalaşaraq 1 unsiya üçün 4540,18 dollar səviyyəsinə yüksəlib. Həftəlik artım 3,6% təşkil edib. ABŞ-ın qızıl fyuçersləri isə 0,6% artaraq 4596,60 dollara çatıb.
Dolların zəifləməsi digər qiymətli metalları da dəstəkləyir. ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessent hökumətin uzunmüddətli istiqrazların geri alınması əməliyyatlarının həcmini növbəti rübdə ən azı 4 milyard dollara çatdıracağını açıqlayıb. Digər tərəfdən, ABŞ-da işsizlik müavinəti müraciətlərinin azalması Federal Ehtiyat Sisteminin (FED) faizləri sabit saxlamaq ehtimalını (64%) artırır. Geosiyasi cəbhədə isə ABŞ-ın İrana qarşı yeni sərt sanksiyalar tətbiq edəcəyi bildirilir.
Paralel olaraq spot gümüş 68,92 dollar/ons, platin 1872,64 dollar/ons, paladium isə 1351,28 dollar/ons səviyyəsinə yüksəlib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026