12:30 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan monitorinqlər zamanı bəzi xarici investisiya platformalarının ölkə ərazisində müxtəlif vasitələrlə təşviq olunduğu və rezidentlərin bu platformalara cəlb edildiyi müəyyən olunub.
AMB-dən bildirilib ki, həmin platformalar sosial media, təlimlər, seminarlar və digər marketinq vasitələri ilə təqdim edilir. Mərkəzi Bank xatırladır ki, xarici lisenziyanın olması Azərbaycan ərazisində investisiya xidmətləri göstərmək hüququ vermir.
Qanunvericiliyə əsasən, bu fəaliyyət yalnız AMB-nin verdiyi lisenziya əsasında mümkündür. Investorların hüquqlarının qorunması üçün vətəndaşlara vəsaitlərini yalnız lisenziyalı yerli investisiya şirkətlərinə etibar etmək tövsiyə olunur.
21 Avqust 2026
19 Avqust 2026