Türkiyə Mərkəzi Bankı fiziki qızılın maliyyə sisteminə cəlb edilməsi qərarını ləğv edib

12:19 - 22.08.2026


22 avqust, Fineko/abc.az. Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) fiziki qızıl vəsaitlərinin maliyyə sisteminə qazandırılması haqqında nizamnamənin ləğv edildiyini açıqlayıb. Müvafiq qərar ölkənin "Rəsmi Qəzet"ində ("Resmî Gazete") dərc olunub.

Sözügedən nizamnamə 14 mart 2022-ci il tarixindən qüvvədə idi və fiziki qızıl ehtiyatlarının bank sisteminə cəlb olunması mexanizmlərini tənzimləyirdi.

Ləğvetmə haqqında yeni qərar dərc olunduğu gündən — 22 avqust 2026-cı il tarixindən qüvvəyə minir. Qərarın icrasına Türkiyə Mərkəzi Bankının sədri cavabdehlik daşıyır.