17:21 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində 3 bank olmayan kredit təşkilatının (BOKT) və vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb edildiyi bildirilib.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozduğuna görə "SF Azerbaijan" BOKT MMC və onun vəzifəli şəxsi Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 000 manat və 10 000 manat cərimə olunub.
Bundan başqa, "Bank olmayan kredit təşkilatları haqqında" Qanunun və Mərkəzləşdirilmiş Kredit Reyestrinə məlumatların təqdim edilməsi qaydalarının pozulması səbəbindən "İDK" BOKT MMC-nin vəzifəli şəxsi 2 000 manat, "Prior Credit" BOKT ASC-nin vəzifəli şəxsi isə 3 000 manat məbləğində cərimələnib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026