"GL" ASC-nin 1 milyon manatlıq istiqraz yerləşdirilməsi yekunlaşdı

15:16 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) "GL" ASC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla yekunlaşıb. Hərracın nəticələri tələblərə cavab verdiyi üçün qiymətli kağızlar BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilib.

AZ2043020281 ISIN kodlu istiqrazlar üzrə parametrlər aşağıdakı kimidir:

  • Emissiya həcmi: 1 000 000 manat (10 000 ədəd)

  • Nominal qiyməti: 100 manat

  • Gəlirlilik (Kupon faizi): illik 15% (ödənişlər ayda 1 dəfə)

  • Tədavül müddəti: 7 il

  • Sifariş və investor sayı: 51 investor (100% icra olunub)

  • Anderrayter: "İnvest-AZ İnvestisiya Şirkəti" QSC