"TikTok" uşaqların məxfilik hüquqlarının pozulmasına görə 400 milyon dollar cərimə ödəyəcək

12:29 - 22.08.2026


22 avqust, Fineko/abc.az. ABŞ Ədliyyə Nazirliyi "TikTok" sosial şəbəkəsi və onun ana şirkəti "ByteDance" ilə uşaqların onlayn məxfiliyinin qorunması haqqında qanunvericiliyin (COPPA) pozulması üzrə qaldırılmış iddia çərçivəsində 400 milyon dollarlıq barışıq sazişinin əldə olunduğunu bəyan edib.

Bu razılaşma COPPA iddiaları üzrə indiyədək qeydə alınan en böyük kompensasiya məbləğlərindən biri hesab olunur. Sazişin şərtlərinə əsasən, "TikTok" 300 milyon dolları dərhal, qalan 100 milyon dolları isə əvvəlki məhkəmə qərarlarının ləğvindən sonra ödəyəcək.

Ədliyyə Nazirliyinin 2024-cü ildə qaldırdığı iddiadan sonra "TikTok" şirkətinin mülkiyyət strukturunda, idarəetməsində və məxfilik siyasətində köklü dəyişikliklər həyata keçirilib.