10:42 - 29.01.2020
29 yanvar, Fineko/abc.az. “AGBank” 2019-cu il üzrə maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ Bankın göstəricilərinə istinadən xəbər verir ki, ötən il “AGBank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 44 milyon 126 min manat, faiz və qeyri-faiz xərcləri isə 52 milyon 356 min manat təşkil edib. Xərclər gəlirləri 8 milyon 230 min manat üstələsə də, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 6 milyon 106 min manatın azad olması əməliyyat zərərini 2 milyon 122 min manatadək azaldıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “AGBank”ın cəmi gəlirləri 52 milyon 90 min manat, cəmi xərcləri isə 50 milyon 616 min manat, əməliyyat mənfəəti 1 milyon 474 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 3 milyon 893 min manat azad olmuş və mənfəət 5 milyon 367 min manata yüksəlmişdi.
Müəllif: Elmir Murad