12:29 - 21.01.2020
21 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracında 150 milyon manat 13 gün müddətinə cəlb edib.
“AMB dekabrın 21-də növbəti depozit hərracı keçirib və bu hərracda 150 mln. manat cəlb edib. Hərrac zamanı təklif 785,4 mln. manat təşkil edib. Hərrac zamanı orta çəkili faiz dərəcəsi 5,76% təşkil edib”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Vəsaitlər 13 gün müddətinə cəlb edilib.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026