“City Finance” BOKT nizamnamə kapitalını kəskin artırıb

12:50 - 27.12.2019


27 dekabr, Fineko/abc.az. “City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2,75 milyon manat və yaxud 3,75 dəfə artıraraq 1 milyon manatdan 3,75 milyon manata çatdırıb.

Bu barədə  BOKT-un direktoru Tural Əhmədov məlumat verib.

Onun sözlərinə görə, kapital artımı üçün kənar investor cəlb olunmayıb və əlavə vəsaiti kredit təşkilatının yeganə təsisçisi “AGA Group” təmin edib.

Xatırladaq ki, “City Finance” 2013-cü ildə yaradılıb.

© Report.az