Neftin qiymətləri ötən günkü artmadan sonra cüzi dəyişir

10:17 - 20.12.2019


20 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti bir gün əvvəl, sentyabrdan etibarən maksimuma qədər yüksəldikdən sonra cümə günü zəif dəyişir.

Dekabrın 19-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi $0,37 (0,56%) artaraq, bağlanışda bir barelə $66,54 təşkil edib. Onun qiyməti saat 9:15-də $0,07 (0,11%) azalaraq bir barelə $66,61 təşkil etmişdir.

NYMEX birjasında dekabrın 19-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $0,29 (0,48%) artaraq ticarətin sonunda bir barelə $61,22 təşkil etmişdir. Onun qiyməti  saat 9:15-də $0,07 (0,11%) azalaraq bir barelə $61,11 təşkil etmişdir.