17:02 - 6.08.2026
6 avqust, Fineko/abc.az. Türkiyənin ən böyük neft-kimya kompleksi olan "Petkim Petrokimya Holding" 2026-cı ilin II rübünü 4,1 milyard Türk lirəsi (124,24 milyon dollar) xalis mənfəətlə başa vuraraq 3,8 milyard lirəlik (115,15 milyon dollar) bazar gözləntilərini geridə qoyub.
Ötən ilin eyni dövründəki zərərdən sonra mənfəətə keçən şirkətin xalis gəliri əvvəlki rüblə müqayisədə 26%, illik bazda isə 38% artıb. Hasılatı 36,4 milyard TL (1,1 milyard dollar) olan "Petkim"in FAVÖK-ü (EBITDA) 3,4 milyard TL-yə (103,03 milyon dollar) yüksəlib. Mənfəətliliyin kəskin artmasına yüksək enerji qiymətləri, etilen-nafta marjasının 126% artaraq ton üçün 485 dollara çatması və "STAR" NEZ-in 35 milyon dollarlıq xalis töhfəsi təsir göstərib.
Şirkət 2026-cı ilin sonunadək 2,6 milyon ton istehsal, 2,1 milyon ton satış həcmi, 100 milyon dollar FAVÖK və 100 milyon dollar məbləğində yatırım xərci hədəfləyir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026