09:00 - 8.08.2026
8 avqust, Fineko/abc.az. ABŞ-ın "Citi" bankı ABŞ və İran arasında davam edən münaqişənin həlli üzrə danışıqların uzanması fonunda "Brent" markalı neftin III rüb üzrə orta qiymət proqnozunu 75 dollardan 80 dollara qaldırıb.
Bununla yanaşı, bank 2026-cı ilin IV rübü və 2027-ci il üzrə "Brent" neftinin orta qiymət proqnozlarını müvafiq olaraq 70 dollar və 65 dollar səviyyəsində dəyişməz saxlayıb.
Qeyd edək ki, artıq 5 aydır davam edən münaqişə fonunda "Brent" markalı neftin fyuçersləri 1,4% artaraq bir barel üçün 81,79 dollara, ABŞ-ın "WTI" nefti isə 1,33% yüksələrək 78,32 dollara çatıb. Həftənin əvvəlində "Goldman Sachs" da ABŞ-İran nüvə razılaşması əldə olunana və ya hərbi əməliyyatlar kəskinləşənədək "Brent" neftinin 80-90 dollar diapazonunda qalacağını proqnozlaşdırmışdı.
7 Avqust 2026
7 Avqust 2026