"Azsığorta" ili 376 min manat zərərlə bağlayıb

17:00 - 8.08.2026


8 avqust, Fineko/abc.az. "Azsığorta" ASC 2026-cı ilin I yarısını 376 min manat xalis zərərlə başa vurub. Şirkət ötən ilin eyni dövründən 674 min manat mənfəətlə çıxmışdı.

Yanvar-iyun aylarında sığorta şirkətinin gəlirləri illik müqayisədə 25,1% azalaraq 5,38 milyon manata, xərcləri isə 9,3% azalaraq 5,755 milyon manata düşüb.

Cari il iyulun 1-nə "Azsığorta"nın aktivləri 5,6% azalaraq 29,236 milyon manat təşkil edib. Hesabat dövründə şirkətin öhdəlikləri 19,5% geriləmə ilə 11,029 milyon manata, balans kapitalı isə 1,6% azalaraq 18,207 milyon manata enib.

Qeyd edək ki, 2006-cı ildə təsis edilən "Azsığorta" ASC-nin nizamnamə kapitalı 14,007 milyon manatdır. Şirkətin səhmlərinin 100%-i Hikmət İsmayılova məxsusdur.  © Report.az