12:43 - 31.10.2019
31 oktyabr, Fineko/abc.az. 2019-cu ilin 9 ayı (yanvar-sentyabr) ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 172 min ədəd artıb.
ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, sözügedən dövrdə əmək haqqı kartları artsa da, kredit kartlarının sayı 97 min ədəd azalıb.
Bu ilin sentybar ayının sonunda isə Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 267 min ədəd təşkil edib. Bu isə onu göstərir ki, avqust ayının sonu ilə müqayisədə sentyabrda cəmi ödəniş kartlarının sayı 58 min ədəd artıb.
Avqust ayı ilə müqayisədə sentyabrda əməkhaqqı kartlarının sayı da 30 min ədəd artaraq 2 milyon 212 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 75 min ədəd artaraq 1 milyon 638 min ədədə çatıb. Sosial kartların sayı 39 min ədəd azalaraq 2 milyon 654 min ədədə, kredit kartlarının sayı isə 8 min ədəd azalaraq 763 min ədədə düşüb.
Müəllif: Elmir Murad