16:34 - 20.08.2019
20 avqust, Fineko/abc.az. "Expressbank" ASC-nin Biznesin İnkişafı Departamentinə yeni rəhbər təyin edilib. Bu vəzifə Mehriban Ocaqquliyevaya həvalə olunub.
Bu barədə Bank açıqlama verib.
Qeyd olunur ki, Mehriban Ocaqquliyeva daha əvvəl "Expressbank"da 9 il çalışmışdır. Onun ümumilikdə bank sahəsində 15 illik təcrübəsi var. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsindən məzunudur. Daha əvvəl Expressbank-da Müştəri Xidmətləri Departamentinin direktoru, Risklərin İdarə Edilməsi Departamentinin direktor müavini, Nərimanov filialının müdiri, Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışıb.
Mehriban Ocaqquliyeva bankdakı yeni vəzifəsinin icrasına 2019-cu ilin avqustundan başlayıb.
13 Avqust 2026
13 Avqust 2026