15:17 - 1.08.2019
1 avqust, Fineko/abc.az. İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları artır. Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq.
“Amma diqqətinizi ona cəlb etmək istəyirəm ki, Sizin qoyduğunuz məsələ - valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz 6 ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 % gəlirlə başa vurmağı düşünürük”.- deyə o əlavə edib.
14 Avqust 2026
14 Avqust 2026