Ölkə üzrə ödəniş kartlarının sayı 7 milyonu keçib

16:26 - 31.07.2019


31 iyul, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına əsasən bildirilir ki, cari ildə  iyulun 1-nə ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7 % artaraq 7 milyon ədədi keçib.

Qeyd olunur ki, bunlardan təmassız ödəniş kartlarının sayı 998 min ədəd olub. Təmassız kartların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, təmassız əməliyyatların sayı isə 4,6 dəfə artıb.