11:04 - 31.07.2019
31 iyul, Fineko/abc.az. 2019-cu ilin 2-ci rübündə Azərbaycanda bank olmayan kredit təşkilatlarının sayı azalıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı aylıq statistik məlumatlarda qeyd olunub.
Belə ki, sözügedən dövrdə 4 bank olmayan kredit təşkilatı azalıb. Bununla da 31 Mart 2019-cu il tarixində 96 olan say 30 İyun 2019-da 92-yə düşüb.
2018-ci ilin sonunda bank olmayan kredit təşkilatlarının sayı 104 idi. Cari ilin ilk 6 ayında 12 təşkilat fəaliyyətini dayandırıb. Ötən il və bu ilin 6 ayı ərzində Palata tərəfindən 32 BOKT-un lisenziyası ləğv edilib.
13 Avqust 2026
13 Avqust 2026