12:43 - 29.07.2019
29 iyul, Fineko/abc.az. Xalq Bank ilk 6 ayda 15 milyon 660 min manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin anoloji dövrü ilə müqayisədə 27.16% çoxdur. 2019-cu ilin 1-ci yarısının yekunlarına əsasən, ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.
Bu barədə bankın açıqladığı göstəricilərdə qeyd olunub.
Hesabata əsasən, Bankın aktivləri 2019-cu ilin altı ayı ərzində 6.33% artaraq 30 İyun 2019-cu il tarixində 2 milyard 135 milyon 270 min manat təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026