12:00 - 18.06.2019
18 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 18 iyun tarixində hərracda Mərkəzi Bank 100 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 672,3 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Vəsaitlər 13 gün müddətinə cəlb edilib”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
13 Avqust 2026
13 Avqust 2026