Uoll-Stritdə çalxalanma: İndekslər həftəni zərərlə, günü isə artımla bağladı

12:03 - 22.08.2026


22 avqust, Fineko/abc.az. Avqustun 21-də ABŞ-nin əsas fond indeksləri ("Dow Jones" +0.98%, "S&P 500" +0.43%, "Nasdaq" +0.44%) günü yüksəlişlə yekunlaşdırsa da, həftəlik hesabatda kəsintilərlə üzləşib. Xüsusilə dövlət istiqrazlarının gəlirliliyindəki tərəddüdlər və Yaxın Şərqdəki gərginlik fonunda "S&P 500" və "Nasdaq" indekslərinin üçhəftəlik artım seriyası qırılıb.

Maliyyə Nazirliyinin istiqrazların geri alımı proqramını genişləndirməsi və xidmət sektorundakı güclü artım dinamikası investorların narahatlığını nisbətən azaldıb. Neft qiymətlərinin ardıcıl 6 gün bahalaşması inflyasiya təzyiqlərini saxlasa da, xammal və səhiyyə sektorları günün liderləri olub.

Kriptovalyuta bazarlarında bitkoinin may ayından bəri ən yüksək həddə çatması fonunda "Robinhood" (+13.7%), "Coinbase" (+8.2%) və "MicroStrategy" (+6%) səhmləri kəskin bahalaşib. İllik gəlir proqnozunu artıran "Ross Stores" şəbəkəsinin səhmləri isə 4.4% dəyər qazanıb. Növbəti həftə investorların diqqəti "Nvidia"nın rüblük hesabatına və Federal Ehtiyat Sisteminin inflyasiya göstəricilərinə yönələcək.