Donald Tramp: "ABŞ borc problemini rekord iqtisadi artımla həll edəcək"

12:09 - 22.08.2026


22 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp ölkə iqtisadiyyatının yüksək inkişaf tempinə nail olduğunu və bunun 40 trilyon dolları ötən dövlət borcu problemini asanlıqla aradan qaldıracağını bəyan edib.

KİV nümayəndələrinin suallarını cavablandıran Tramp Maliyyə Nazirliyinin uzunmüddətli dövlət istiqrazlarının geri alım həcmini iki dəfədən çox artırmaq addımını nazir Skott Bessentin peşəkar qərarı kimi qiymətləndirib.

Daxili bazarda ət qiymətlərinin aşağı salınması məqsədilə xaricdən yüksəkkeyfiyyətli mal əti idxal edildiyini bildirən Prezident, eyni zamanda Kanada ilə ticarət sazişi üzrə danışıqların uğurla irəlilədiyini və Meksika ilə daha əlverişli şərtlərlə yeni müqavilə üzərində işə başlanıldığını diqqətə çatdırıb.