Azərbaycan ilə Türkmənistan arasında iqtisadi saziş təsdiqləndi — Prezident Fərman imzaladı

15:51 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Sənədə əsasən, 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış sözügedən Saziş rəsmən təsdiq olunub. Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təmin edəcək.

Eyni zamanda, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə müvafiq bildirişin göndərilməsi həvalə edilib.