Azərbaycan ilə Türkmənistan arasında energetika sahəsində saziş təsdiqləndi — Fərman

16:06 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış sözügedən Saziş rəsmən təsdiq olunub. Sənəd qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini Azərbaycan Respublikasının Energetika Nazirliyi təmin edəcək.

Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.