13:56 - 20.08.2026
20 avqust, Fineko/abc.az. "Bloomberg" agentliyinin araşdırma şirkətləri arasında apardığı sorğuya əsasən, Çində fəaliyyət göstərən 25 ən böyük lüks brendin satışları iyul ayında 10%-dən çox azalıb. Bəzi markaların satışlarında ikirəqəmli geriləmə qeydə alınıb.
Satışlarında ciddi azalma müşahidə olunan markalar arasında "Louis Vuitton", "Dior", "Gucci", "Bottega Veneta" və "Balenciaga" yer alıb. Hətta "Hermes", "Chanel" və "Prada" kimi nəhənglərin də artım tempində kəskin zəifləmə qeydə alınıb.
Ekspertlər analoji geriləməni Çində vergi nəzarətinin sərtləşdirilməsi, ofşor aktivlərin vergiyə cəlb edilməsi və varlı təbəqənin xərclərə ehtiyatla yanaşması ilə əlaqələndirirlər.
18 Avqust 2026