Qlobal istiqraz bazarında kəskin ucuzlaşma: Almaniyada gəlirlilik böhran səviyyəsinə yüksəldi

17:25 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Hökumətlərin qlobal miqyasda xərcləri artırması və neft qiymətlərindəki sıçrayışdan sonra inflyasiya təzyiqlərinin davam etməsi istiqraz bazarlarında kəskin qiymət düşşünə səbəb olur.

Almaniyanın 2056-cı ilin avqust təvəllüdlü istiqrazlarının gəlirlilik səviyyəsi sonuncu dəfə Avrozona borc böhranı dövründə qeydə alınan göstəricilərə qayıdıb.

ABŞ-da borclanma xərcləri zirvədədir Oxşar tendensiya ABŞ-da da müşahid olunur. Ötən həftə ABŞ 30 illik xəzinə istiqrazlarını son dörddəbir əsrin en yüksək faiz dərəcəsi ilə satıb. 10 illik etalon istiqrazlar üzrə borclanma xərci isə 2007-ci ildən bəri en yüksək həddə çatıb.

Almaniyanın borc ehtiyacı rekor vuracaq "Commerzbank AG"nin faiz strategiyası üzrə mütəxəssisi Hauke Siemssen bildirir ki, Almaniyanın maliyyələşmə ehtiyacı 2027-ci ildə kəskin artacaq. Büdcə layihəsi 204 milyard avroluq xalis finanslaşma tələbinə işarə edir.

Mütəxəssisin proqnozuna görə:

  • Xalis istiqraz emissiyası: 2026-cı ildəki 137 milyard avrodan 2027-ci ildə 163 milyard avroluq rekor həddə çatacaq.

  • Ümumi emissiya: 400 milyard avro civarında bütün dövlərin ən yüksək göstəricisini vuracaq.

Borclanma tələbinin artmasına ölkənin müdafiə və infrastruktura ayırdığı xərclər, eləcə də 238 milyard avroluq rekor əsas borc ödənişləri  səbəb olur. Lakin maliyyələşmənin yalnız istiqrazlar hesabına deyil, həm də qısamüddətli veksellər, nağd ehtiyatlar, aktivlərin satışı və KfW dövlət inkişaf bankının resursları hesabına örtülməsi nəzərdə tutulur.