21:19 - 10.08.2026
10 avqust, Fineko/abc.az. Avropanın ən böyük qaz habı olan Niderlandın "TTF" mərkəzində sentyabr fyuçersləri üzrə təbii qazın meqavat-saat (MWh) qiyməti 59,5 avroya yüksəlib.
Əvvəlki günün bağlanış göstəricisi (55,5 avro) ilə müqayisədə qiymətlər 8% artıb. Gün ərzində maksimum qiymət 60,5 avro təşkil edib.
Qiymət artımına Hörmüz boğazından daşımalarla bağlı qeyri-müəyyənliklər təsir edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin dəniz blokadasını davam etdirəcəyi təqdirdə boğazın təhlükəsiz keçid marşrutu olmayacağını bildirib.
Bununla yanaşı, Avropada gözlənilən isti hava dalğası səbəbindən elektrik enerjisinə tələbatın artması və qaz anbarlarının tarixi minimum səviyyədə olması da qiymətləri yuxarı itələyir.
12 Avqust 2026