Maliyyə Nazirliyi dövlət büdcəsinə 91,6 mln. manat vəsaitin bərpasını təmin edib

16:38 - 7.08.2026


7 avqust, Fineko/abc.az. 2026-cı ilin I yarısında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 83 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb.

Maliyyə Nazirliyinin məlumatına görə, həyata keçirilən yoxlamaların 51-i hüquq-mühafizə orqanlarının müvafiq qərarları, 32-si isə plandankənar müraciətlər və mülahizələr əsasında aparılıb.

Aparılan nəzarət tədbirləri nəticəsində mənimsənilmiş və ya təyinatı üzrə istifadə olunmamış 91,6 milyon manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib. Bununla yanaşı, həyata keçirilən ilkin maliyyə nəzarəti mexanizmləri sayəsində 2,6 milyon manat məbləğində dövlət vəsaitinin israf olunmasının qarşısı vaxtında alınıb.