16:18 - 7.08.2026
7 avqust, Fineko/abc.az. “Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın “Baa3” kredit reytinqini “müsbət” proqnozla təsdiqləyib.
Agentliyin hesabatında ölkənin bank sistemində aparılan prudensial siyasət, tətbiq olunan requlyativ kapital tələbləri və tənzimləmə çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması yüksək qiymətləndirilib.
Hesabatda qeyd olunur ki, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və sərt kapital tələbləri bank sektorunun dayanıqlılığını və ödəmə qabiliyyətini gücləndirir.
"Moody's" həmçinin Azərbaycanda "Bazel III" çərçivəsində yeni kapital buferlərinin tətbiq edildiyini və bu standartlara tam uyğunluğun 2027-ci ildə təmin olunacağını vurğulayıb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026