15:11 - 7.08.2026
7 avqust, Fineko/abc.az. "Bank of America"nın (BofA) Maykl Hartnettin rəhbərlik etdiyi analitik qrupu tərəfindən hazırlanan hesabatda bankın "Bull & Bear" (Buğa və Ayı) göstəricisinin 9,4-dən 9,7-yə yüksələrək 2021-ci ildən bəri en yüksək səviyyəyə çatdığı bildirilib.
Ekspertlər investor nikbinliyinin əsas səbəbləri kimi səhmdarlıq bazarlarının genişlənməsini, yüksək gəlirli borc alətlərinə güclü kapital axınını və gəlirlilik fərqlərinin azalmasını göstərirlər.
Bununla belə, strateqlər iqtisadiyyat, pul-kredit siyasəti və süni intellekt sahəsində yarana biləcək neqativ sürprizlərə qarşı portfelləri qorumaq üçün müdafiə xarakterli aktivləri tövsiyə edirlər. Hartnett investorlara riskli aktivlərdən geri çəkilməyi, uzunmüddətli investisiya alətlərinə və ABŞ dollarına yönəlməyi məsləhət görüb.
Bu xəbərdarlıq, həm ABŞ, həm də Avropada səhm bazarlarının rekord vurması və gözlənilən ABŞ kənd təsərrüfatı xaric məşğulluq hesabatı fonunda verilib.
8 Avqust 2026
8 Avqust 2026