16:06 - 7.08.2026
7 avqust, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank Kommersiya Bankı" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verilib.
Qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi üzrə birqiymətli hərrac 11 avqust 2026-cı il tarixində keçiriləcək.
Buraxılışın ümumi həcmi 5 milyon ABŞ dolları, istiqrazların sayı 50 000 ədəd, hər birinin nominal qiyməti isə 100 ABŞ dollarıdır. İllik gəlirliliyi 8% təşkil edən sənədsiz, adlı istiqrazların tədavül müddəti 6 il (2160 gün) nəzərdə tutulub. Faiz ödənişləri hər 3 aydan bir həyata keçiriləcək.
Proses üzrə anderrayter rolunda “Unicapital İvestisiya Şirkəti” ASC çıxış edir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026