10:10 - 7.08.2026
7 avqust, Fineko/abc.az. Cümə günü qızılın qiyməti artım dinamikasını davam etdirərək, zəifləyən neft qiymətlərinin fonunda yanvar ayından bəri ən güclü həftəlik artımını qeydə almağa hazırlaşır.
Spot qızıl 0,4% bahalaşaraq bir unsiya üçün 4 254,11 dollara yüksəlib. Əvvəlki sessiyada yeddi həftənin zirvəsini görən qiymətli metal, həftəlik bazda 5%-dən çox dəyər qazanıb.
Ekspertlər bildirirlər ki, Yaxın Şərqdə sülh ümidlərinin artması inflyasiya gözləntilərini azaldaraq qızılın uzun müddətdir sıxışdığı 4 000 dollar səviyyəsini qıraraq yuxarı doğru güclü sıçrayış etməsinə şərait yaradıb.
Digər qiymətli metallardan gümüş 0,8% artaraq 61,96 dollara, platin 0,4% artaraq 1 735,71 dollara yüksəlib, palladium isə 0,3% geriləyərək 1 367,06 dollara düşüb.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026