12:19 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" yatağından 180 min barel neft hasil edilib.
Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin formalaşdırılması və istifadəsinin auditinə dair hesabatına əsasən, bu göstərici əvvəlki illə müqayisədə 10%, proqnozla müqayisədə isə 5,3% azdır.
Hesabat dövründə yataqdan 165,9 milyon kubmetr təbii qaz çıxarılıb. Təbii qaz hasilatı da əvvəlki illə müqayisədə 8,4%, proqnoza nisbətən isə 12,9% geriləyib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026