Reuters: Qazaxıstan Rusiyaya humanitar yardım çərçivəsində 50 min ton benzin tədarük edəcək

14:27 - 3.07.2026


3 iyul, Fineko/abc.az. Qazaxıstan humanitar yardım proqramı çərçivəsində Rusiyaya 50 min ton Aİ-92 və Aİ-95 markalı benzin göndərəcək. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, Rusiya bazarı üçün bu həcmdə benzin olduqca kiçik rəqəmdir və böyük bir fərq yaratmır.

Bununla belə, ekspertlər bu cür tədarükün Qazaxıstanın daxili yanacaq bazarı üçün mənfi nəticələrə və qıtlığa səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.