Avro zonasında investor inamı avqustda zirvəyə çatdı – Sentix

15:33 - 10.08.2026


10 avqust, Fineko/abc.az. Mərkəzi Frankfurtda yerləşən "Sentix" tədqiqat mərkəzinin məlumatına görə, Avro zonası üzrə Ümumi İnvestor İnamı İndeksi avqust ayında 4 bənd artaraq 0,9  yüksəlib (iyulda mənfi 3,1 idi).

Bu, ardıcıl 4-cü ay davam edən artım olmaqla yanaşı, cari ilin fevral ayından bəri ən yüksək göstəricidir. Bazar gözləntiləri indeksin mənfi 0,7 bənd səviyyəsində olacağını proqnozlaşdırırdı.

Müsbət dinamika investorların mövcud şəraitə dair qiymətləndirmələrinin bərpa olunması ilə bağlıdır. Belə ki, Mövcud Vəziyyət İndeksi mənfi 14,8 bənddən  mənfi 8 bəndə qalxaraq fevral ayından bu yana maksimuma çatıb. Önümüzdəki 6 aya dair gözləntiləri ölçən Gözləntilər İndeksi isə 9,3-dən 10,3 bəndə yüksəlib.