Aqrar və aqrar-sənaye məhsullarının ixracı 896 milyon dolları ötüb – Şəkər ixracı 2,6 dəfə artıb

15:18 - 10.08.2026


10 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8% artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub. Bu dövrdə aqrar məhsullar üzrə ixrac 22,1% artımla 673,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 24,8% artımla 223,1 milyon dollar təşkil edib.

Əsas artım göstərən məhsul qrupları:

  • Şəkər: 2,6 dəfə

  • Pambıq iplik: 81,9%

  • Bitki və heyvan mənşəli yağlar: 39,5%

  • Alüminium və ondan məmulatlar: 39,4%

  • Pambıq lifi: 24,9%

  • Qara metallar və onlardan məmulatlar: 23,3%

  • Çay: 19,5%

  • Meyvə-tərəvəz: 16,4%

  • Spirtli və spirtsiz içkilər: 3,0%