16:32 - 10.08.2026
10 avqust, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan keçən tranzit yükdaşımalarının həcmi 9,1 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur.
Nazirlikdən bildirilib ki, tranzit yük daşımalarının həcmi Şərq-Qərb istiqamətində 16,5%, Şimal-Cənub istiqaməti üzrə isə 14,3% artıb. Ölkənin strateji mövqeyi və Orta Dəhliz üzrə rəqabət qabiliyyətinin artması qlobal təchizat zəncirində Azərbaycanın rolunu daha da möhkəmləndirib.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026