12:00 - 10.08.2026
10 avqust, Fineko/abc.az. İranla münaqişə başladıqdan bəri ABŞ-da dizel yanacağının orta qiyməti 43% artaraq bir qallon üçün 5,37 dollara çatıb.
"Financial Times" nəşrinin verdiyi məlumata görə, hamı tərəfindən istifadə olunan dizel yanacağının bahalaşması ilə onun qiyməti Co Baydenin prezidentliyi dövründəki orta göstəricini keçib.
Xam neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, dizel qiymətlərinin yüksəlməsi məhdud ehtiyatlar, neft emalı güclərinin aşağı düşməsi və Rusiyanın yanacaq ixracına tətbiq etdiyi qadağa ilə bağlıdır. Dizelin kənd təsərrüfatı, yükdaşımalar və təchizat zəncirində əsas rol oynaması inflyasiya təzyiqini artıraraq noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində seçicilərin narazılığına səbəb olur. Münaqişə başlayandan bəri hər bir amerikalı ev təsərrüfatı yanacağa əlavə olaraq 600 dollardan çox vəsait xərcləyib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026