10:12 - 10.08.2026
10 avqust, Fineko/abc.az. Bazar ertəsi ticarət əməliyyatlarında "Brent" markalı neftin oktyabr fyuçersləri 1,09% artaraq bir barel üçün 84,46 dollara, ABŞ-nin WTI markalı nefti isə 0,78% yüksələrək 78,79 dollara çatıb.
Qiymətlərin bahalaşmasına Hörmüz Boğazının dərhal açılmayacağı ilə bağlı narahatlıqlar və regionda təchizat riskləri səbəb olub.
Tehran boğazın açılması üçün ABŞ-dən təzminat ödənilməsi də daxil olmaqla əlavə şərtlərin yerinə yetirilməsini tələb edir. Həmçinin husilərin "Saudi Aramco"nun Cizan neft emalı zavoduna hücumu və BƏƏ-nin ADNOC şirkətinin 15 gəmisinin hücuma məruz qalması gərginliyi daha da artırıb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026