İlham Əliyev və Donald Tramp arasında telefon danışığı olub

19:33 - 8.08.2026


8 avqust, Fineko/abc.az.  Prezidentin Mətbuat Xidmətinin məlumatına əsasən, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub. İmzalanmış Birgə Bəyannamənin və Sülh Sazişinin paraflanmasının regionda münaqişəyə son qoyduğu vurğulanıb. Prezident İlham Əliyev Vaşinqton sülh zirvəsinə ev sahibliyi etdiyinə və sülh gündəliyinə töhfələrinə görə Donald Trampa minnətdarlığını bildirib. Öz növbəsində ABŞ Prezidenti də İlham Əliyevin sülh prosesindəki rolunu yüksək qiymətləndirib.

Söhbət əsnasında ölkələr arasında strateji tərəfdaşlıq sənədinin imzalanması tarixi hadisə kimi dəyərləndirilib, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yükdaşımalar və TRIPP layihəsi üzrə irəliləyişlər qeyd olunub. Dövlətimizin başçısı ölkəmizin G20 sammitinə dəvət edilməsinə görə ABŞ Prezidentinə təşəkkürünü bildirib.