Azərbaycanın qeyri-neft ixracı 18%-dən çox artaraq 2,5 milyard dollara çatıb

15:15 - 10.08.2026


10 avqust, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin avqust sayına dair ilkin göstəriciləri təqdim edib.

Hesabata əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

Təkcə iyul ayı ərzində qeyri-neft sektoru üzrə ixrac illik müqayisədə 15,8% artaraq 384,8 milyon ABŞ dolları olub. İyul ayında yeyinti məhsulları üzrə ixrac 123 milyon dollar, qeyri-yeyinti məhsullarının ixracı isə 26% artaraq 261,8 milyon dollar təşkil edib.