14:21 - 10.08.2026
10 avqust, Fineko/abc.az. Avropada dizel yanacağının qiyməti kəskin artaraq maksimum səviyyələrə çatıb.
Qiymətlərin bahalaşmasına Rusiyanın neft emalı zavodlarında (NEZ) aparılan planlaşdırılmamış təmir işləri və Qırmızı dənizdə yaranan logistik problemlər səbəb olub.
Qiymət İndeksləri Mərkəzinin mütəxəssislərinin məlumatına görə, ayın son həftəsində Amsterdama–Rotterdama–Antverpen (ARA) habında dizelin orta qiyməti 2% artaraq CIF şərtləri ilə (sığorta və daşıma xərcləri daxil olmaqla) 1 ton üçün 1,31 min dollara yüksəlib.
8 Avqust 2026
8 Avqust 2026