09:35 - 22.06.2026
22 iyun, Fineko/abc.az. Bazar ertəsi ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri enir.
Saat 09:30-a olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin avqust fyuçersinin qiyməti $1,61 (2,01%) azalaraq bir barel üçün $78,44-a düşüb. İyunun 19-da keçirilən ticarət əməliyyatlarının yekununda isə bu müqavilənin qiyməti $0,72 (0,90%) artaraq bir barel üçün $80,05 təşkil etmişdi.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin avqust fyuçersinin qiyməti saat 09:30-dək $0,76 (1,00%) ucuzlaşaraq bir barel üçün $75,09 olub. Qeyd edək ki, iyunun 19-da ABŞ-da Milli Azadlıq Günü (Juneteenth) bayramı ilə əlaqədar ticarət əməliyyatları aparılmayıb.
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə $2,89 (3,61%) artaraq bir barel üçün $82,95-a yüksəlib.
Ötən həftə "Brent" markalı neft 7,74%, WTI nefti 9%, "Azeri Light" markalı neft isə 8,34% ucuzlaşmışdı.

22 İyun 2026
20 İyun 2026
20 İyun 2026
20 İyun 2026