14:04 - 17.06.2026
17 iyun, Fineko/abc.az. İslam maliyyəsinin gələcəyi kollektiv fəaliyyətdən asılıdır.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
"Hədəflərimizdən biri həm yerli maliyyə institutlarında insan kapitalının inkişafını təmin etmək, həm də nəzarət orqanlarının, müstəqil auditorların və digər bazar iştirakçılarının peşəkar potensialını gücləndirməkdir. Beynəlxalq tərəfdaşlarımızla birgə seminar və təlimlər təşkil etməklə potensialın artırılmasını dəstəkləməyə, effektiv İslam maliyyəsi ekosisteminin formalaşmasına töhfə verməyə sadiqik", - deyə o bildirib.