11:20 - 17.06.2026
17 iyun, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 12.72 mln. dollar təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər ki, bunun 10.17 mln. dolları Azərbaycana daxil olan, 2.56 mln. dolları isə Azərbaycandan göndərilən vəsaitlərin payına düşüb.
Nəticədə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə pul baratları üzrə 7.62 mln. dollar müsbət saldo əldə edib. Keçən ikin eyni müddətində bu göstərici 6.45 mln. dollar olmuşdu.
Qazaxıstanla pul baratlarının ümumi həcmi 7.09 mln. dollar təşkil edib. Bu ölkədən Azərbaycana göndərilən vəsaitlərin həcmi illik müqayisədə 5.9% artaraq 5.47 mln. dollara çatıb. Azərbaycandan Qazaxıstana köçürmələr isə 28.0% artaraq 1.62 mln. dollar olub. Nəticədə saldo 3.85 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 3.9 mln. dollardan bir qədər aşağıdır.
Özbəkistanla pul baratlarının ümumi həcmi 4.82 mln. dollar olub. Özbəkistandan Azərbaycana daxil olan vəsaitlər 62.4% artaraq 3.89 mln. dollara yüksəlib. Azərbaycandan Özbəkistana göndərilən vəsaitlər isə 59.9% artaraq 0.93 mln. dollar təşkil edib. Bu ölkə ilə saldo 2.95 mln. dollar olub ki, bu da bir il əvvəlki 1.81 mln. dollarla müqayisədə 63.1% çoxdur.
Qırğızıstanla pul baratlarının ümumi həcmi 1.62 mln. dollar təşkil edib. Qırğızıstandan Azərbaycana köçürülən vəsaitlər 9.6% artaraq 0.81 mln. dollara yüksəlib. Azərbaycandan bu ölkəyə göndərilən vəsaitlər barədə isə əvvəlki dövr üzrə məlumat açıqlanmasa da, 2026-cı ilin birinci rübündə 0.81 mln. dollar səviyyəsində olub. Nəticədə iki ölkə arasında pul baratları üzrə balans demək olar ki, sıfıra yaxın formalaşıb.