09:32 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Cümə günü keçirilən hərraclar zamanı etalon markaların qiyməti aşağı düşür və həftəni mənfi göstəricilərlə başa vurur.
Saat 09:30-a olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin dəyəri $1,84 (2,04%) azalaraq bir barel üçün $88,54 təşkil edib. 11 iyun tarixindəki hərracların yekununda isə müqavilənin qiyməti $2,72 (2,92%) ucuzlaşaraq bir barel üçün $90,38-a enmişdi.
Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin iyul fyuçersi saat 09:30-da $1,65 (1,88%) ucuzlaşaraq bir barel üçün $86,06 təşkil edib. 11 iyun sessiyasının yekununda müqavilənin dəyəri $2,32 (2,58%) azalaraq bir barel üçün $87,71-a düşmüşdü.
Bu həftə hər iki markalı neft təxminən 5% ucuzlaşıb.
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə $0,49 (0,51%) artaraq bir barel üçün $96,85 təşkil edib.

10 İyun 2026
10 İyun 2026