"Fitch" Böyük Britaniyanın kredit reytinqini "AA-" səviyyəsində saxlayıb

08:00 - 17.08.2026


17 avqust, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Böyük Britaniyanın uzunmüddətli kredit reytinqini "AA-" səviyyəsində, reytinq üzrə proqnozunu isə "durağan" olaraq təsdiqləyib.

Agentliyin açıqlamasında bildirilir ki, ölkənin reytinqi yüksək gəlirli, böyük və diversified olunmuş iqtisadiyyat, eyni zamanda funt-sterlinqin beynəlxalq ehtiyat valyutası statusu ilə dəstəklənir. Bununla belə, yüksək dövlət və xarici borc kredit profilinə təzyiq göstərməkdə davam edir.

"Fitch" Böyük Britaniya iqtisadiyyatının 2026-cı ildə 0,9%, 2027-ci ildə 1,2%, 2028-ci ildə isə 1,4% böyüyəcəyini proqnozlaşdırır. Ölkədə inflyasiyanın ilin sonunadək 3,7%-ə yüksələcəyi, 2028-ci ilin sonunda isə İngiltərə Mərkəzi Bankının (BoE) 2%-lik hədəf səviyyəsinə enəcəyi gözlənilir. Reytinq agentliyi BoE-nin uçot dərəcəsini 2026-cı il ərzində 3,75% səviyyəsində sabit saxlayacağını ehtimal edir.