09:20 - 17.08.2026
17 avqust, Fineko/abc.az. 2026-cı ilin birinci yarısında Almaniya şirkətlərinin ABŞ-a birbaşa investisiyaları kəskin azalaraq son 3 ilin ən aşağı səviyyəsinə düşüb. Buna Donald Tramp administrasiyasının ticarət siyasətinin transatlantik tərəfdaşlar arasında yaratdığı qeyri-müəyyənlik səbəb olub.
Almaniya İqtisadiyyat İnstitutunun (IW) Bundesbank-ın məlumatları əsasında apardığı hesablamalara görə, ilin ilk altı ayında birbaşa investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə iki nisbətində azalaraq 4.3 milyard avroya ($5 milyard) enib.
Bu, 2023-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
17 Avqust 2026
15 Avqust 2026