Türkiyənin neft hasilatı 23,1 milyon barelə, qaz hasilatı isə 1,6 milyard kubmetrə çatıb

09:00 - 17.08.2026


17 avqust, Fineko/abc.az. Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktarın açıqladığı məlumata görə, 2026-cı ilin ilk yarısında ölkənin daxili neft hasilatı 23,1 milyon barelə yüksəlib. Bu həcmin 21,8 milyon barelini Türkiyə Petrolları Anonim Ortaklığı (TPAO), 60 faizini isə Qabar yatağı təmin edib.

Müvafiq dövrdə təbii qaz hasilatı 1 milyard 641 milyon kubmetri keçib. Hasilatın 1 milyard 608 milyon kubmetri TPAO-nun, 33 milyon kubmetri isə özəl sektorun payına düşüb. Təbii qazın 92 faizi Sakarya qaz yatağından çıxarılıb.

Nazir Qabarda yeni quyuların qazıldığını və Qara dənizdə qaz hasilatının iki dəfə artırılacağını bəyan edib. Türkiyə həmçinin Somalidə qazma işləri aparır, Liviyada 2 sahədə lisenziya alıb və İraqın Kərkük bölgəsində 3 milyard barellik ehtiyatı olan 5 neft yatağına şərik olub.