14:32 - 6.06.2026
6 iyun, Fineko/abc.az. ABŞ Xəzinədarlıq Departamentinin nəzdində fəaliyyət göstərən Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN) ölkədəki maliyyə institutlarına xüsusi xəbərdarlıq edib. Qurum bankları qanunsuz miqrantların icazəsiz məşqulluğu və bunun maliyyə sistemində yarada biləcəyi risklərə qarşı diqqətli olmağa çağırıb.
ABC.AZ xəbər verir ki, FinCEN-in Federal Depozitlərin Sığortalanması Korporasiyası (FDIC) və digər tənzimləyici qurumlarla birgə yaydığı tövsiyə qərarında, bəzi işəgötürənlərin qeydiyyatsız miqrantları çalışdıraraq qeyri-qanuni rəqabət üstünlüyü əldə etdiyi və bunun milyardlarla dollar vergi yayındırılmasına yol açdığı bildirilib.
Milyardlarla dollarlıq vergi itkisi və cinayət riski:
Cinayətkarlığın maliyyələşməsi: Sənəddə qeyd olunur ki, bu növ qeyri-qanuni fəaliyyətlər ABŞ vətəndaşlarının şəxsiyyət vəsiqələrinin oğurlanmasını asanlaşdırır, əldə edilən qanunsuz gəlirlər isə beynəlxalq cinayətkar şəbəkələrin maliyyələşdirilməsinə yönəldilə bilər.
Banklardan xüsusi nəzarət tələbi: Banklardan Sosial Təhlükəsizlik Nömrəsi (SSN) və ya etibarlı iş icazəsi əvəzinə Fərdi Vergi İdentifikasiya Nömrəsindən (ITIN) istifadə edən müştəriləri daha ciddi şəkildə yoxlamaq tələb olunur.
18 maddəlik xəbərdarlıq siyahısı: Maliyyə qurumlarının qanunsuz məşğulluq fəaliyyətlərini aşkar etməsini asanlaşdırmaq üçün 18 maddədən ibarət xüsusi xəbərdarlıq indikatorları hazırlanıb və şübhəli hesabatlara xüsusi kodların əlavə edilməsi tapşırılıb.
Trampın sərhəd siyasətinə dəstək:
Bu addımın ABŞ Prezidenti Donald Trampın sərhəd təhlükəsizliyini gücləndirmək və maliyyə sisteminin şəffaflığını qorumaq strategiyası çərçivəsində atıldığı vurğulanır.
Məsələyə münasibət bildirən ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessent kəskin mesajlar verib:
"Bu administrasiya qanunsuz miqrantların maliyyə institutlarından sui-istifadə edərək çalışqan Amerika vergi ödəyicilərindən milyardlarla dollar oğurlamasına icazə verməyəcək".
5 İyun 2026
4 İyun 2026
5 İyun 2026